Elvin Məmmədov: "Yaxşı futbol oynadıq"

19:50 - 19 Aprel 2025

"Səbail" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov matçdan sonra keçirilən mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardı. Matçın sonlarında bir az yorğunçuluq baş verdi. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır.

- Hesabda iki dəfə önə çıxsanız, sonda uduzdunuz. Nə çatmadı ki, xal qazanasınız?

- Burada "Sabah"ı qeyd etmək lazımdır. Bu klubun futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Onlar üstümüzə bir az da çox gəlməyə başladı. Həm konsentrasiya, həm də fiziki güc çatmadı. Ən vacibi də konsentrasiyanın itməsi idi.

Mirbağırağa

Xəbər xətti