Bu gün Almaniyada ikinci Bundesliqanın 30-cu mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Paderborn”a uduzub (2:3).
Emreli meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 2-ci və 90-cı dəqiqələrdə komandasının qollarını vurub. Mahir bu mövsüm 2-ci Bundesliqada 19 oyun keçirib və 6 qol vurub.
Hazırda “Nürnberq” 44 xalla 8-ci yerdədir.