"Turan Tovuz" legionerini buraxmaq istəmir - ona yeni müqavilə təklif edilib

11:47 - 24 Aprel 2025

"Turan Tovuz" kapitanını komandada saxlamağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, söhbət Emmanuel Hakmandan gedir.

Tovuz təmsilçisi toqolu müdafiəçi ilə danışıqlara başlayıb. Qərb təmsilçisi Hakmana daha bir illik müqavilə təklif edib.

Tərəflər arasında razılığın əldə edilməsi ehtimalı yüksəkdir. Çünki afrikalı da komandada qalmaq niyyətindədir.

Hakman 2023-cü il sentyabrın 14-dən “Turan Tovuz”da çıxış edir. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti