"Zirə" "Səbail"i, "Neftçi" "Turan Tovuz"u məğlub etdi - YENİLƏNİB

21:22 - 10 May 2025

Bu gün Misli Premyer Liqasında XXXIV turun növbəti oyunları baş tutub.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçirilib.

"Səbail” "Zirə” ilə qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə "Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Burada da qonaqlar qalibiyyətə sevinib.

Misli Premyer Liqası
XXXIV tur

10 may

17:00 "Səbail" – "Zirə" 0:1

Qol: Davit Volkov, 90+1
Baş hakim: Tural Qurbanov
“ASCO Arena”

19:30 "Turan Tovuz" – "Neftçi" 1:2

Qollar: Rəhim Sadıxov, 17 - Emin Mahmudov, 10, Dembo Darbo, 32
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu

Xəbər xətti