"Sabah"ın futbolçusu Con İrazabal Malayziya millisində debüt edə bilər.
Sportal.az xəbər verir ki, bu barədə “MakanBola” nəşri məlumat verib.
Masazır təmsilçisinin aparıcı üzvü artıq malayziyalılara razılıq verib. Komandanın baş məşqçisi Pyotr Çklamovskinin 28 yaşlı futbolçunu qarşıdakı təlim-məşq toplanışına çağıracağı gözlənilir. Malayziya yığması Kabo-Verde ilə iki yoldaşlıq görüşündə (29 may və 3 iyun) qarşılaşacaq:
"Malayziya - Kabo-Verde oyunu mayın 29-da baş tutacaq. Lakin mayın 31-də İrazabal “Sabah”ın heyətində Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı oynayacaq. Əslində, bu, müdafiəçinin iyunun 2-də açılacaq FİFA pəncərəsi xaricində olduğu üçün yoldaşlıq görüşünü buraxma ehtimalını daha da artırır. Bununla belə, İrazabalın iyunun 29-da Kuala-Lumpur Kubokunda keçiriləcək ikinci oyunda milliyə qoşulması gözlənilir. Malayziya komandası üçün çox güman ki, əsas oyun Vyetnama qarşı Asiya Kubokunun seçmə görüş olacaq (10 iyun) və İrazabalın müdafiədəki xidmətlərinin, şübhəsiz ki, faydalı olacağı gözlənilir".
saytlarin hazirlanmasi