"Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının "Karvan-Yevlax"la görüşdəki (2:1) qələbəsini şərh edib
"Oyuna pis başladıq, amma kompakt futbol oynayan rəqibimiz də buna səbəb idi. İkinci hissənin ortalarında qol buraxdıqdan sonra yalnız toparlana və yaxşı oyun sərgiləyə bildik. Bu, çox çətin üç xal idi. Qol vurduğum və komandanın toparlanmasına kömək etdiyim üçün şadam. Əks halda, oyuna qayıtmaq çətin olardı. Xoşbəxtlikdən, tez bir zamanda daha bir qol vura bildik".
İspan futbolçu yaxın vaxtlarda ev oyunlarını Tovuzda keçirməyin müsbət olacağını deyib:
"Bu, çox vacib və ruhlandırıcıdır. Doğma meydanımızda oynamaq bizim üçün daha asan olacaq. Dəstəyini güclü hiss etdiyimiz azarkeşlərimiz qarşısında yenidən oynayacağımıza görə şadıq. Bu qələbəni dəyərli edən təkcə onların dəstəyidir".
Mirbağırağa
saytlarin hazirlanmasi
