Türkiyəli məşqçi: "Qalatasaray"ın "Atletiko"nu məğlub etmək şansı varsa, "Qarabağ"ın da "Ayntraxt"la matçda qalib gəlmək şansı var"

13:22 - 7 Yanvar 2026

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Sportal.az saytına açıqlama verib.

Vaxtı ilə Ağdam klubunun məşqçisi kimi çalışmış türkiyəli mütəxəssis Azərbaycan çempionunun Çempionlar Liqasındakı çıxışından danışıb. 

Bununla yanaşı, o, ÇL-də "Qalatasaray"ın, yoxsa "Qarabağ"ın daha çox irəliləmək şanslarının olduğunu bildirib:

"Bu il Çempionlar Liqasının ən vacib nailiyyətlərindən biri "Qarabağ"ın "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanması, "Çelsi" ilə heç-heçə etməsidir.
Qarşıda "Ayntraxt"la (Frankfurt) görüş var ki, o da vacib görüşdür. Çox çətin olacaq. Əlbəttə ki, "Ayntraxt" da turnir cədvəlindəki durumu və pley-offa vəsiqə qazanmaq ümidlərini qorumaq üçün bu matçda qalib gəlmək istəyəcək.

Əslində, hər şey həm "Qarabağ"ın, həm də "Qalatasaray"ın 2026-da ÇL-də ilk oyunlarında qələbə qazanmasından asılıdır. Əgər ilk oyunda qalib gəlsələr, növbəti oyun əslində final olacaq. Hər ikisi İngiltərədə səfərdə oynayacaq. Əgər ilk oyunda uduzsalar, yaxud "Qalatasaray" heç-heçə etsə və "Qarabağ" da heç-heçə etsə, hər iki komandanın şansları digər komandaların şanslarından asılı olacaq. Hər iki matç çox çətindir. Əgər "Qalatasaray"ın "Atletiko"nu(Madrid)i məğlub etmək şansı varsa, "Qarabağ"ın da "Ayntraxt"a qalib gəlmək şansı var".

Qeyd edək ki, "Qarabağ" ÇL-in son 2 turunda "Ayntraxt" və "Liverpul"la, "Qalatasaray" isə "Atletiko"(Madrid) və "Mançester Siti" ilə qarşılaşacaq.
 

Xəbər xətti