"Valensiya" Argentina millisinin heyətində dünya çempionu olmuş Qido Rodrigesi transfer edib.
Sportal.az xəbər verir ki, İspaniya klubu 31 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı "Vest Hem"lə razılıq əldə edildiyini açıqlayıb. Marca nəşrinin məlumatına görə, futbolçu ilə müqavilə mövsümün sonuna qədər imzalanıb.
Qeyd edək ki, cari mövsümdə Rodriqes "Vest Hem"in heyətində Premyer Liqada 6 oyunda meydana çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.
saytlarin hazirlanmasi
