"Sabah" heyətinə yeni futbolçu cəlb edib. Qabon millisinin hücumçusu Patrik Orfe Mbina "bayquşlar"ın formasını geyinəcək.
25 yaşlı forvard Sloveniyanın "Maribor" klubundan icarəyə götürülüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Sabah" cari mövsümün sonu futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Mbina karyerası ərzində "Port-Jantil"(Qabon), "Bezye B", "Qrenobl B" , "Şamalyer", "Nim" (hamısı Fransa), "Leyriya"(Portuqaliya) klublarının formasını geyinib. O, Qabon millisinin heyətində 5 matça çıxıb. Sportal.az "Sabah"ın yeni forvardının performans videosunu təqdim edir:
saytlarin hazirlanmasi
