“Real”ın müdafiəçisi Dani Karvahal ötən həftə dizini ixtisaslaşmış klinikada müayinə etdirmək üçün Londona yollanıb.
Sportal.az xəbər verir ki, bu barədə As nəşri məlumat yayıb.2024-cü ildə sağ dizinin ön çarpaz bağlarını, yan kollateral bağını və dizaltı vətərini qoparan madridlilərin kapitanı, diz qapağında yaranan sərbəst cisim səbəbindən ciddi narahatlıqlar yaşadığı üçün 2025-ci ilin oktyabrında oynamağı dayandırmağa məcbur olmuşdu.
Lakin “Real"ın tibbi heyətinə təqdim olunan rəsmi tibbi rəyə əsasən, hazırda bu problem aradan qaldırılıb.
Karvahal İngiltərəyə Antonio Rüdigerin müşayiəti ilə gedib. Rüdiger bu London klinikasını hələ “Çelsi”də çıxış etdiyi dövrdən tanıyırdı və o da fürsətdən istifadə edərək müayinədən keçib. “Real”da narahatlıq doğuran Daninin “oynaq boşluğu” ilə bağlı bütün şübhələr müayinədən sonra aradan qalxıb. Heç bir ciddi problem aşkarlanmayıb və tibbi göstərişlərə əsasən, son vaxtlar oyun praktikasından məhrum olan futbolçu yenidən oynamağa hazırdır.
saytlarin hazirlanmasi
