53 milyon avroya transfer etdilər, çempionatda oynamayacaq

18:33 - 12 Fevral 2026

"Əl-Hilal" hücumçu Darvin Nunesi çempionat oyunları üçün iştirak ərizəsinə daxil etməyib.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Uruqvaylı forvardın heyətə daxil edilməməsinin səbəbi "Əl-İttihad"dan Kərim Benzemanın transfer edilməsidir. Nunes Səudiyyə Ərəbistan Pro Liqasının ikinci yarısının oyunların meydana çıxmayacaq. 26 yaşlı futbolçu yalnız Asiya Çempionlar Liqası matçlarında meydana çıxa biləcək.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi mövsümün əvvəlində "Liveerpul"dan 53 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü "mavi dalğa"nın heyətində meydana çıxdığı 23 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti