Tanınmış müdafiəçi Səudiyyə Ərəbistanında qalacaq - RƏSMİ

20:21 - 12 Fevral 2026

"Əl-Hilal" mövsümün sonunda müqaviləsi başa çatan Xalidu Kulibali ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, seneqallı müdafiəçinin sözləşməsinin müddəti uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Hilal" Xalidu Kulibalini 2023-cü ilin yayında "Çelsi"dən 23 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti