Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçirilib.
Sportal.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionundakı qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Günün ikinci qarşılaşmasında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkib. Qəbələ şəhər stadionunda qalib qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XXII tur
28 fevral
14:30. "Şamaxı" – "Neftçi" 2:2
Qollar: Sezar Enrike, 74, Kərim Rossi, 90+8 (pen) - Vensan Abubakar, 60, 90+1
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Karvan-Yevlax" 1:1
Qollar: Seydina Keyta, 36 (pen) - İmani Barker, 26
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu
