"Neftçi"nin heyətində qol sevinci zamandı zədələndi, bərpa oluna bilmədi - karyerasını başa vurdu

13:39 - 25 Mart 2026

“Neftçi”nin sabiq futbolçusu Brayan Moreno aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, kolumbiyalı forvard "Neftçi"də oynadığı dövrdə 2024/2025 mövsümündə "Səbail"lə görüşdə qol sevinci zamanı xəsarət almışdı. 

Sonradan forvard əməliyyat edilmişdi. Amma o heç cürə bərpa oluna bilməmişdi. 

2024-cü ilin oktyabrında isə Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

O, “Neftçi”nin heyətində 18 matçda 4 qol vurmuşdu. Moreno zədəsini sağalda bilmədiyi üçün karyerasını yekunlaşdırıb.

26 yaşlı hücumçu "Neftçi"yə 2024-cü ildə ÇSKA-dan(Sofiya) keçmişdi.

Mirbağırağa
 

Xəbər xətti