Kvaratsxeliya əməliyyat olundu

18:59 - 27 Oktyabr 2026

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya sağ dizindəki ön çarpaz bağların qopması səbəbindən uğurlu əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Cərrahi müdaxilə Dohadakı ixtisaslaşmış klinikada həyata keçirilib. Gürcüstanlı vinger artıq bərpa prosesinə başlayacaq. Onun meydana nə vaxt qayıdacağı ilə bağlı dəqiq vaxt hələlik açıqlanmayıb.

Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində "Barselona"ya qarşı keçirilən ev oyununda zədələnib. 25 yaşlı oyunçu ikinci hissədə dizindən zədələnib və meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti