Vaqif Sadıqov daha bir futbolçuya qapını göstərdi

13:34 - 29 İyul 2013

Qabon milli komandasının üzvü bəyənilmədi

 

AZAL-da baxışda olan daha bir əcnəbi futbolçunun taleyinə aydınlıq gəlib. Baş məşqçi Vaqif Sadıqov bir müddət idi ki, tam adı Gilles Daniel Mbanq Ondo olan futbolçunu sınaqdan keçirirdi.

 

Sportal.az xəbər verir ki, artıq təcrübəli çalışdırıcı qərarını açıqlayıb. Qabon milli komandasının üzvü bəyənilməyib. Ondonun son iş yeri Livanın “Neymeh” klubu olub. O, bu ilin əvvəlində keçdiyi klubda 9 oyuna çıxaraq 651 dəqiqə oynayıb və 4 qol vurub.

Xəbər xətti