"Rəvan" "Simurq"la matçın hazırlıqlarına başladı

18:17 - 29 İyul 2013

Komandada zədəli futbolçu yoxdu
 
"Rəvan” cümə günü Sloveniyadan vətənə döndükdən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara ikigünlük istirahət verilmişdi.
 
Sportal.az xəbər verir ki, u gün komanda yenidən bir araya gəlib.
 
"Bayıl stadionu”nda baş tutan məşq həm də Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçiriləcək "Simurq” ilə oyuna hazırlığın startı anlamına gələ bilər. Belə ki, "Rəvan” məhz bu gündən sırf Zaqatala təmsilçisi ilə oyunun hazırlıqlarına başlayıb.
 
Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini daha çox taktiki cəhətdən hazırlayan baş məşqçi toplu çalışmalara üstünlük verdi. Təktoxunuşlu ötürmələr, "kvadrat”, standart vəziyyətlər, qapıya zərbələr və s. komponentlər məşqin tərkib hissəsinə daxil idi.
 
Qeyd edək ki, komandada zədəli futbolçu yoxdu.

Xəbər xətti