İsveç millisinin yarımmüdafiəçisi "Rəvan"da

02:25 - 31 İyul 2013

26 yaşlı futbolçu yeni klubu ilə müqavilə imzaladı

 
2013-14 mövsümünə hazırlaşan "Rəvan” daha 1 transfer rəsmiləşdirib. 
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sığortaçılar" Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.
 
Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.
 
Onu da bildirək ki, "Rəvan” buna qədər 8 rəsmi transfer həyata keçirib. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komanda bu gün daha erkən saatlarda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə bağlayıb.

Xəbər xətti