"Rəvan" "Simurq"la oyunda qələbə qazanmaq istəyir

15:36 - 1 Avqust 2013

"Siğortaçılar" qalib gələ bilmir
 
Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünün startına artıq 1 gün qalır.
 
Sportal.az xəbər verir ki, sabah keçiriləcək ilk oyunla yeni mövsümün "qırmızı lenti kəsiləcək”. "Rəvan” isə I tur çərçivəsində Qəbələyə səfər edəcək. Komandanın rəqibi adıçəkilən şəhərin eyniadlı kollektivi yox, "Simurq” olacaq. İş ondadır ki, Zaqatala şəhər stadionunda təmir işləri tam yekunlaşmadığından "Simurq” ilə səfər oyunu Qəbələdə keçiriləcək.
 
İlk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə keçiriləcək çempionatın startı ərəfəsində ilk matçın bağlı statistik məqamlara nəzər salanda, "Rəvan" Zaqatala təmsilçisi ilə indiyədək 6 dəfə görüşmüş, ilk 4 qarşılaşmanın hamısı "sülh”lə başa çatıbsa, son 2 matçda"siğortaçılar" xalsız qalıb. Ən son görüşdə isə rəqib texniki qələbə sayəsində üstün olub. Topların fərqində, 3:5 Zaqatala təmsilçisinin üstünlüyü var. 

Xəbər xətti