Referi kartlarını veteran futbolçuya verdi
Azərbaycan milli komandasının sabiq üzvü, tanınmış veteran Ceyhun Sultanov bu gün futbolçu karyerasını rəsmən bitirdi. Sportal.az xəbər verir ki, bu “Bakı” – “Qəbələ” matçında reallaşdı.
Karyerası ərzində iddialı klublarımızın formasını geyinmiş Ceyhun topa toxunuşla oyunu başladı və öz futbolçu karyerasına rəsmən son qoydu.
Bundan sonra “Bakı” klubunda seleksiyaçı məşqçi kimi çalışacaq Ceyhun matçın baş hakimi Fariz Yusifovun sarı və qırmızı kartlarını hədiyyə olaraq, aldı.
Amma qeyd edək ki, Ceyhun karyerası ərzində intizamı ilə diqqət çəkib. Bu mənada, Yusifovun kartları bir az gözlənilməz oldu.
saytlarin hazirlanmasi