Azərbaycanda işləmiş məşqçi: "Arsenal"ın vəziyyəti qorxuncdur"

19:01 - 30 Avqust 2013

Toni Adams ingilis klubundan danışdı
 
"Arsenal"ın əfsanəvi futbolçularından olan Toni Adams sabiq komandasının hazırki baş məşqçisi Arsen Vengerin transfer siyasəti haqda danışıb.
 
Sportal.az xəbər verir ki, "Qəbələ" klubunun sabiq baş məşqçisi "Arsenal"ın hazırki durumundan narahat olduğunu dilə gətirib:
"Komanda son dərəcə həvəsli görünür. Ancaq bu da müdadfiə ilə hücum arasında tarazlığın pozulmasına gətirib çıxarır. "Arsenal"ın qol buraxmadan oyunu başa vuracağı inandırıcı görünmür. Həqiqətən qorxunc bir vəziyyətdir. Hər matç nəfəsimi tutaraq "Arsenal"ın oyunlarını izləmək məcburiyyətində qalıram. Ancaq Venger gedib 40 milyon avroya Luis Suarez və Ueyn Runini transfer etmək istəyir. Müdafiədə boşluqlar varkən, hücumçu almaq axmaqlıqdır".
 
Qeyd edək ki, "Arsenal" bu həftə əzəli rəqibi "Tottenhem"lə qarşılaşacaq.

Xəbər xətti