Daha bir legioner "Qəbələ"dən ayrılır

14:40 - 31 Avqust 2013

Deyan Kelhar Sloveniyaya yollanır

 

Umar Kalabanın ardından “Qəbələ”nin digər mərkəz müdafiəçisi də yığmasından dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Deyan Kelhara yenə Sloveniya millisinin baş məşqçisi Sreçko Katanets tərəfindən dəvət gəlib.

29 yaşlı futbolçu Albaniya və Kiprlə seçmə oyunlar üçün ölkəsinə çağırılıb. Albanlarla matç sentyabrın 6-da Lyublyanada, kiprlilər görüş isə həmin ayın 10-da Nikosiyada baş tutacaq.

Qeyd edək ki, Umar Kalaban da Qvineya yığmasının Misirlə seçmə görüşü üçün bu turdan sonra ölkəsinə yollanacaq.
 

Xəbər xətti