"Qəbələ"də davam

17:34 - 9 Sentyabr 2013

Komanda AZAL-la oyuna hazırlaşır

 

Premyer Liqanın V turu çərçivəsində keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" (2:0) matçından sonra 5 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sentyabrın 6-dan təlim-məşq prosesini davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə biraraya gələn komanda gündəlik iki məşqlə növbəti - VI turda baş tutacaq AZAL - "Qəbələ" oyununa hazırlaşır. Bu gün keçirilən hazırlıq prosesində "qırmızı-qaralar" əsasən fiziki təmrinlər yerinə yetiriblər. Məşqə toplu çalışmalarla yekun vurulub.

Xəbər xətti