O, 5 ay sonra yaşıl meydanlara qayıdacaq
Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub.
Sportal.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
saytlarin hazirlanmasi