Qarşılaşma paytaxtda - "Şəfa" stadionunda keçiriləcək
	
		 
 
	"Qəbələ" - "Rəvan" (3:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sentyabrın 23-dən etibarən Premyer Liqanın növbəti - VIII turunun hazırlıqlarını davam etdirir. 
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Simurq"la qarşılaşacaq "Qəbələ" baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda gündəlik 2 məşqə çıxır. Hazırlıq prosesində hazırda bərpa prosesi keçən Rail Məlikovdan başqa bütün futbolçular iştirak edir. 
	 
	Xatırladaq ki, "Simurq" - "Qəbələ" matçı sentyabrın 29-u saat 18:00-da baş tutacaq. Qarşılaşma paytaxtda - "Şəfa" stadionunda keçiriləcək.  
                      
saytlarin hazirlanmasi