Yuri Syomin: "Qəbələdə məni hər şey qane edir"
"Azərbaycandan gələn təklifi qəbul etməmişdən öncə bu ölkənin çempionatını yaxından izlədim, klub haqda müəyyən məlumatlar əldə etdim və komandanın infrastrukturu və gələcək planları ilə tanış oldum".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yurim Syomin UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Syomin "Qəbələ" klubunu seçməsini və buradakı işləri haqda bunları deyib:
"Qəbələ"nin prezidenti Tale Heydərovla görüşdüm və ondan vaxt istədim. Daha sonra komandanın çempionatda bir neçə oyununu izlədim və sonda bu klubda işləməyə razılıq verdim. Ümumiyyətlə burada məni hər şey qane edir. Təbii ki, hər kəs həmişə daha böyük uğurlara can atır. Komandamdan razı olduğum kimi yerli futbolun da yüksək səviyyədə olmasını istəyirəm. Bu sahədə işlər davam edir.
Xüsusən də aşağı yaş qruplarının inkişafına diqqət yetiririk. Məsələn, həftədə bir dəfə əvəzedici komanda ilə yoldaşlıq görüşü keçiririk ki, bu da gənc futbolçuların büxtələşməsinə kömək edir. Yeganə narazı qaldığım məqam oyunlarda azarkeşlərin davamlı olmamasıdır. Əvvəllər "Neftçi"nin oyunlarında stadionlarda boş yer tapmaq mümkün deyildi. Ancaq təəssüf ki, indi belə deyil. Düşünürəm ki, bu düzgün təbliğatın aparılmaması ilə bağlıdır".
saytlarin hazirlanmasi