"Qəbələ" Kiyev "Dinamo"sunu məğlub etdi

17:18 - 1 Oktyabr 2013

"Qırmızı qaralar" Prezident kubokunun yarımfinalında
 
"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu gün "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin qrup mərhələsinə yekun vurulub. 

"Qırmızı-qaralar" 3-cü oyununda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç ərzində üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:0. 

Görüşdə hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. Yekun hesabı müəyyənləşdirən qol isə Kamran Quliyevin ayağına yazılıb. Öncəki 2 matçı 1 məğlubiyyət ("Çernomorets", 2:4) və 1 qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla 2-ci, "Real-Sukçes" 4 xalla 3-cü, "Dinamo" isə 1 xalla sonuncu olub. 

Qeyd edək ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda 2-ci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 

Xəbər xətti