"Qəbələ" itkilərlə hazırlıqlarını davam etdirir

11:20 - 3 Oktyabr 2013

Omar Kalabane də zədəlidir
 
Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək "Qəbələ" matçın hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, ötən gün baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.
 
Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. Məşqdə hazırda bərpa prosesi keçən Rail Məlikov və yüngül zədəsi olan Omar Kalabane iştirak etməyib.
 
Xatırladaq ki, "Qəbələ"-"Neftçi" oyunu oktyabrın 4-də keçiriləcək və saat 16:00-da start götürəcək. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti