"Qəbələ" 5 itki ilə "Qarabağ" üçün başladı

14:40 - 23 Fevral 2015

24-cü tura hazırlıq

 

Qəbələ” Premyer Liqanın XXIV turunun “Qarabağ”la qarşılaşmasının hazırlığına başlayıb. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXIII turun “Xəzər Lənkəran”la fevralın 19-da baş tutan oyunundan (3:1) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən hazırlıqlarını bərpa edib. Gündə bir məşq keçən komanda hazırlıqlarını Qəbələ stadionunda davam etdirir.

 

Roman Qriqorçukun yetirmələri tam heyətlə məşq etmir. Belə ki, Ruslan Abışov, Cavid Hüseynov və Elvin Camalov Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir. Yığmaya dəvət alan, lakin son matçda aldığı xəsarət üzündən səfərə yollanmayan Rəşad Sadiqov və Ruslan Əmircanov da zədə səbəbi ilə məşqlərdə iştirak edə bilmirlər.

 

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” oyunu fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti