"Belə savadsız birinin ölkə futbolunu necə idarə etdiyi göz qabağındadı"
Elxan Məmmədovun ölkə mətbuatına verdiyi açıqlama böyük rezonans doğurub.
Sportal.az xəbər verir ki, hətta tovuzlu azarkeşlər şəhər stadionun qarşısında aksiya da keçiriblər. “Turan” - “Neftçi” oyununun danışmış olduğunu və bu oyunu “faciəvi oyun” adlandırması tovuzlu futbolsevərləri ayağa qaldırıb.
2009-cu ildə bu haqda araşdırılma aparılmış və qurum şübhələrin əsassız olduğun rəsmi olaraq təsdiqləmişdi. Lakin Məmmədov son açılqlamasında belə ifadələr işlətməsi onun başının milliləşdirilməli legionerlər axtarışına qarışdığını göstərir. “Turan” və “Neftçi”dən başqa “İnter” və “Simurq”u da ittiham edən baş katibə qarşı aksiya keçirən Tovuz azarkeşləri Məmmədovun onlardan üzr istəməsini tələb ediblər