"Hamı uşaq futbolunu unutdu"
Ötən mövsüm “Qəbələ”ni çalışdıran, hal-hazırda isə “Mordoviya”nın baş məşqçisi olan Yuri Syomin RF-nin İctimai Palatasında ölkə futbolunun inkişafına dair gedən müzakirələr barədə öz fikrini bildirib. Sportal.az xəbər verir ki, Syomin bütün diqqətin uşaq futboluna yönəlməli olduğunu deyib:
“2000-ci illərdə Rusiya futboluna böyük pullar, yeni idarəçilər, yeni menecerlər gəldi. Ancaq hamı uşaq futbolunu unutdu. Və indi uşaq futbolu demək olar ki, yoxdur.
Niyə elə düşünürlər ki, biz DÇ-2018-in qalibi olmalıyıq? Məgər biz dünya və Avropa çempionatlarında belə tez-tez qalib oluruq? Bəlkə olimpiadanın final mərhələsinə çıxırıq? Yox!
Əgər uşaq-gənclər futbolunun inkişafına diqqət yetirilməsə, heç bir limitin futbolumuzun inkişafına xeyiri olmayacaq”.
saytlarin hazirlanmasi