Qatil futbolçu 15 il azadlıqdan məhrum edildi

16:17 - 14 Mart 2015

O, 44 yaşlı arbitr Con Beneviçin ailəsindən üzr istəyib
 
Oyun zamanı hakimi öldürmüş amerikalı həvəskar futbolçu Bassel Səəd 15 il həbs cəzası alıb.
 
Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
 
Qatilin 8 ildən sonra şərti olaraq azadlığa buraxılması istisna olunmur. 36 yaşlı, əslən livanlı olan Səəd öldürülmüş 44 yaşlı arbitr Con Beneviçin ailəsindən üzr istəyib, həmçinin bildirib ki, onlar üçün dua edir.
 
Hadisə 2014-cü ilin iyununda Miçiqan futbol liqasının matçı zamanı baş verib. Səəd hakim onu meydandan uzaqlaşdırmaq istəyərkən ona zərbə vurub. İki gün sonra arbitr yerli xəstəxanada dünyasını dəyişib. Ekspertlərin gəldikləri nəticəyə əsasən, ölümün səbəbi boyuna vurulan zərbə olub.

Xəbər xətti