Azarkeşlər hücum etdilər
İspaniya La Liqasının 28-ci turu çərçivəsində keçirilən "Barselona" - "Real"(2:1) matçından sona bir qrup Madrid azarkeşi bəzi futbolçular və baş məşqçiyə təhqiramiz ifadələr səsləndiriblər.
Sportal.az xəbər verir ki, klubun bazasını tərk edən Qaret Beyl və Xese Rodriqesin avtomobillərinə yumruqlar yağdıran azarkeşlər nəticədən narazı qaldıqlarını dilə gətiriblər.Serxio Ramos isə azarkeşlə söhbət edərək aranı sakitləşdirmək istəyib.
Qeyd edək ki, həmin azarkeşlər artıq klub üzvlüyündən çıxarılaraq məhkəməyə verilib.
saytlarin hazirlanmasi