Azərbaycanlı iş adamından "Latsio"ya 40 milyon avroluq təklif

20:32 - 25 Mart 2015

"Land of fire-Azerbaijan" İtaliya klubunda?
 
İtaliyanın "Latsio" klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır. Sportnet.az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan tərəfinin "Latsio"ya bundan ötrü ümumilikdə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin italiyalı həmkarlarımız həmin şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılacağı güman edilir. Hərçənd, sponsorun yenə Hafiz Məmmədov olacağı göstərilmir. O da bildirilir ki, Məmmədov 2012-ci ilin sonlarında İspaniya "Atletiko"su ilə anlaşmazdan öncə məhz İtaliya klubu ilə təmasda olub. 
 
Qeyd edək ki, İtaliya A seriyasında 28 turdan sonra "Latsio" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Ağ-mavilər" bir müddətdir forma reklamı olmadan oyunlara çıxırlar.

Xəbər xətti