“Real”ın uelsli futbolçusu reytinqdə hamını qabaqladı
FİFA dünyada topla ən sürətli qaçan futbolçuların siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, beynəlxalq qurumun apardığı araşdırmaya görə Madrid “Real”ında forma geyinən Qaret Beyl hamıdan sürətlidir. Uels yığma komandasının aparıcı üzvü topla 36,9 km/s sürətlə qaçır.
Meksikanın “Paçuka” klubunda çıxış edən Yurgen Damm 35,23 km/s siyahıda ikinci yeri tutur. Reytinq cədvəlində üçlüyü “Mançester Yunayted”in ekvadorlu üzvü Antonio Valensiya 35,1 km/s qapayır. “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo siyahıda 5-ci pillədə qərarlaşıb.
1. Qaret Beyl (Uels yığması, "Real") - 36,9 km/s
2. Yurgen Damm (Meksika, "Paçuka") - 35,23
3. Antonio Valensiya (Ekvador, "Mançester Yunayted") - 35,1
4. Aаron Lennon (İngiltərə, "Tottenhem") - 33,8
5. Kriştianu Ronaldo (Portuqaliya, "Real") - 33,6
6. Teo Uolkott (İngiltərə, "Arsenal") - 32,7
7. Lionel Messi (Argentina, "Barselona") - 32,5
8. Ueyn Runi (İngiltərə, "Mançester Yunayted") - 31,2
9. Frank Riberi (Fransa, "Bavariya") - 30,7
10. Serxio Ramos (İspaniya, "Real") - 30,6
saytlarin hazirlanmasi