Şok cəza: hər iki komanda ümumilikdə 59 oyunluq diskvalifikasiya olundu VİDEO

12:36 - 2 Aprel 2015

Futbolda görünməmiş cəza

 

Daha öncə İtaliya D Seriyasında "Vittoriya" və "Paterno" futbol komandaları arasında keçirilən matçda dava düşdüyü barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, ilk hissədən sonra oyunçular paltardəyişmə otağına gedən dəhlizdə dava salmışdılar.Dava nəticəsində döyülən futbolçulardan biri qabırğasında sınıq olmuş və xəstəxanaya yerləşdirilmişdi. 

 

Baş verənlərə görə, hər iki komandanın üzvləri sərt cəzalara məruz qalıblar. "Vittoriya"nın oyunçuları üçün ümumilikdə 36, "Paterno"nun üzvləri üçün isə 23 oyunluq diskvalifikasiya qərarı çıxarılıb. Eyni zamanda hər iki kluba texniki məğlubiyyət verilib. 

 

Qeyd edək ki, davadan sonra ikinci hissədə meydana çıxmaq üçün futbolçu sayı yetərli olmadığından, matç dayandırılıb.

Xəbər xətti