Futbolçu ad günündə ölümlə üz-üzə qaldı
17 yaşlılardan ibarət Argentina millisinin kapitanı Tomas Koneçnı ad günündə ölümlə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, Paraqvayda otellərin birində doğum gününü komanda birgə qeyd edən futbolçu birinci mərtəbədən yıxılıb.
17 yaşlı hücumçu pəncərəyə söykənən zaman onun bir hissəsi açılıb və eyvandan aşağı yuvarlanıb. Argentinanın “San-Lorenso” klubunun üzvü həmin hadisəni belə xatırlayır:
“Düzü, hələ də şokdaydım. Nə baş verdiyini bilmədim. Pəncərənin bir hissəsi açılan kimi artıq havada uçurdum. Birinci mərtəbə olduğu üçün elə də ciddi zədə almadım. Bir-iki yerdə cızıq var, o da ötəri bir şeydi. Əsas odur ki, ad günü mərasimim pozulmadı. Bu da həyatımdan bir xatirədir ki, heç vaxt yadımdan çıxmayacaq”.
saytlarin hazirlanmasi