Türkiyə futbolunda növbəti fair-play nümunəsi: "Beşiktaş"lı futbolçudan örnək hərəkət

20:00 - 4 Aprel 2015

"Mən artıq "Fənər"liyəm"
 
Ötən həftə baş tutan "Fənərbaxça" - "Beşiktaş" matçında maraqlı hadisə yaşanıb.
 
Sportal.az xəbər verir ki, oyunöncəsində "Beşiktaş" meydana çıxdığı anda, futbolçu Necip Uysalın əlindən tutan uşaq "mən fənərbaxçalıyam, indi əlindən tutduğuma görə artıq beşiktaşlı oldum?" sualını verib. Uysalın cavabı isə belə olub: "Buna görə pis olma. Əslində sən fənərli olaraq qaldın, mən sənin əlini tutduğum üçün fənərli oldum".
 
Bu hadisədən sonra həmin uşağın atası Necip Uysala məktub yazıb və həmin məktub mətbuatda yayımlanıb:

"Dəyərli futbolçumuz Necip Usal. Mən "Fənərbaxça" azarkeçiyəm. həmin oyunda oğlumla aranda keçən dialoqu heç bir zaman unutmayacam. Yoldaşımla birlikdə hər zaman uğurlu olacağını istəyirik. Həmin oyunda komandan uduzsa da, sən qazandın".

Xəbər xətti