"Simurq" istirahətsiz başladı

17:36 - 6 Aprel 2015

Komanda "Qəbələ" üçün hazırlaşır
 
"Simurq" hazırlıqlara ara vermədən start verib.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda artıq növbəti turun çalışmalarına başlayıb. Aprelin 9-da "Qəbələ"nin qonağı olacaq komanda sabah bir məşqlə Zaqatalada hazırlıqları tamamlayacaq və bir gün sonra səfərə çıxacaq.
 
Bu gün baş tutan çalışmalarda məşqçilər korpusu futbolçuları iki qrupa bölüb. "Neftçi" ilə oyunda əsas heyətdə meydana çıxan futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra istirahətə yollanıb. Digərləri isi iki qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun keçirdib. Sonda isə qapıya zərbələr məşq edilib.
 
Qeyd edək ki, "Qəbələ" - "Simurq" qarşılaşması aprelin 9-da keçiriləcək və saat 19:00-da start götürəcək.

Xəbər xətti