Türkiyədə 27-ci turun matçları təxirə salındı

19:54 - 6 Aprel 2015

"Fənərbaxça"ya edilən silahlı basqına görə...

 

Türkiyə Superliqasının 26-cı turu çərçivəsində keçirilən "Rizəspor" - "Fənərbaxça" (1:5) matçından sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması qardaş ölkədə böyük ajiotaja səbəb olub.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında bu barədə bir sıra qərarlar qəbul olunub. Görüşdə TFF superliqa oyunlarının bir həftəliyinə təxirə salındığını bəyan edib. 

 

Qeyd edək ki, Superliqanın 27-ci turu təxirə salınmaqla bərabər Türkiyə kubokunun matçları da təxirə salınıb.

Xəbər xətti