"Beşiktaş" "Başakşəhər"ə jest etdi

21:49 - 6 Aprel 2015

26-cı turun son matçı

 

Türkiyə Superliqasının 26-cı turu çərçivəsində az sonra baş tutacaq "Beşiktaş" - "Başakşəhər" matçı öncəsi maraqlı hadisə baş verib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğma stadionu təmirdə olduğu üçün ev oyunlarını müxtəlif stadionlarda oynayan "Beşiktaş" "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq bu matçdan əvvəl gözəl bir jest edib. Belə ki, öz stadionunun qapılarını onlara açdıqları üçün "qara qartallar" meydan sahibləri üçün nəzərdə tutulmuş paltardəyişmə otağını qonaq komanda qismində olan "Başakşəhər"ə verib.

Xəbər xətti