"İnter"lə oyuna qədər...
"Neftçi" Müşahidə Şurasının yaxın həftə ərzində iclası keçiriləcək.
Sportal.az xəbər verir ki, komandanın "İnter"lə oyununa qədər Şura üzvlərinin iclası olacaq.
Həmin toplantının oyun günü stadionda olacağı da istisna deyil. Həmin iclasda müəyyən strukturlar barədə müzakirələr aparılacaq, komandada dəyişikliklər barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Müşahidə Şurası mayın 1-nə qədər yeni mövsüm üçün klubda işləyəcək əməkdaşların siyahısını təsdiqləməlidir.
saytlarin hazirlanmasi