"Trabzonspor"un prezidenti yaralı sürücüyə baş çəkdi

02:00 - 8 Aprel 2015

İbrahim Hacıosmanoğlu: “Allah səni ailənə bağışladı”
 
“Trabzospor”un prezidenti İbrahim Hacıosmanoğlu “Fənrəbaxça” komandasını hava limanına apararkən avtobusda yaralanan Ufuk Kırana baş çəkib.
 
Sportal.az xəbər verir ki, klub rəhbəri xəsxənada müalicə alan sürücüyə  “keçmiş olsun” deyərək “Trabzonspor”un  formasını hədiyyə edib. İbrahim Hacıosmanoğlu avtobus sürücüsünə təskin verib:
 
“Baş verənlər hamımız üzüdü. Allah səni ailənə bağışladı. Qısa zamanda sağalıb ayağa qalxmağını arzulayıram. İnşallah yaxın vaxtlarda ailənə qovuşarsan”.   
        

Xəbər xətti