Yeni təkliflər var
Xəbər verdiyimiz kimi, "Sumqayıt" ın baş sponsoru olan "Azərikimya" İstehsalat Birliyinin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası baş tutub.
Sportal.az xəbər verir ki, tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib.
Müşahidə Şurasının iclasında klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub. Şuranın növbəti iclasının 2014/2015 mövsümünün sonunda baş tutması planlaşdırılır.
saytlarin hazirlanmasi