Dünya futbolunda daha bir maraqlı hadisə: azarkeş futbolçunu döydü

13:31 - 8 Aprel 2015

Məğlub olduqdan sonra...

 

Argentina çempionatında keçirilən "Lanus" - "Argentinos Xuniors" matçında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, "Lanus" klubunun azarkeşi komandanın 1:0 hesablı ilə məğlubiyyətindən sonra futbolçu Matias Fritslerin üstünə cumub. Oyundan sonra isə futbolçu həmin hadisəyə belə şərh verib:

 

"Heç vaxt insanın belə bir hərəkət edəcəyini düşünməzdim. Qarşımda qəfildən çıxdığlndan, heç bir reaksiya verə bilmədim"

 

Azarkeş 28 yaşlı yarımmüdafiəçi jurnalistlərlə söhbət edərkən onun üzündən zərbə vuraraq ona xəsarət yetirib.

Xəbər xətti