Dəstək olmağa çağırır
Azərbaycan kubokunun 1/2 final mərhələsində aprelin 13-ü "Neftçi" - "İnter" matçı keçiriləcək.
Sportal.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə azarkeşləri bu matçda komandaya dəstək olmağa çağırıb. Dəvətii qəbul edərək matça gələcəyini təsdiqləyən hər bir azarkeşə oyunun bileti hədiyyə olunacaq.
Qeyd edək ki, Bəhram Bağırzadə tərəfindən biletlərin hansı məkanda hədiyyə olunacağı barədə sizə məlumat veriləcək.
saytlarin hazirlanmasi