"Fənərbaxça"ya edilən hücumun araşdırması fiaskoya uğradı

15:39 - 8 Aprel 2015

Barmaq izləri uyğun gəlmədi

 

"Fənərbaxça”ya silahlı hücuma görə şübhəli bilinərək saxlanılan Nihat S və Emre A-nın məsələsində yeni iddia ortaya çıxıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sürmənə bölgəsində edilən hücumda istifadə olunan silahın üzərindəki barmaq izləri ilə saxlanılan şəxslərin barmaq izləri uyğun gəlməyib. 

 

Qeyd edək ki, ən böyük dəlil hesab edilən barmaq izləri araşdırmanın yanlış aparıldığını ortaya çıxarıb.

Xəbər xətti