"Azərbaycanlıların ciddi olduğunu və ya zarafat etdiyini başa düşə bilmirəm" MÜSAHİBƏ

17:50 - 8 Aprel 2015

Tuğçə Atıcı: "Komanda üçün bu çox vacibdir"
 
"Lokomotiv"in türkiyəli voleybolçusu Tuğçə Atıcı klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az  həmin müsahibəni təqdim edir.
 
- Voleybolun unikallığı nədədi?
- Mənə elə gəlir ki, voleybol qızlar üçün ideal idman növüdü. Sən sadəcə öz topunu oynayırsan. 
 
- Bacarsaydın, hansı qaydanı dəyişərdin?
- Üçüncü taym-aut. Müəyyən kritik anlarda komandaya həqiqətən düşünməyə daha çox vaxt tələb olunur.
 
- Oynadığın digər komandalardan “Lokomotiv” nə ilə fərqlənir?
- Elə təəssürat yaranır ki, “Lokomotiv”də hər bir oyunçunun məqsədi var. Komanda üçün bu çox vacibdir. Həmçinin komandamızda çox güclü nizam-intizam və sistem var. 
 
- Burada nəyə təcüblənirsən?
- Azərbaycanlıların ciddi olduğunu və ya zarafat etdiyini başa düşə bilmirəm. 
 
- Vacib oyundan əvvəl hansı sözlər səni ilhamandırıb? 
- 5 il öncə milli komandanın məşqçisinin sözlərini xatırlayıram. Onun sözləri o dərəcə güclü və mənalı oldu ki, mən həmin gün inanılmaz oyun göstərdim. Mənə kimsə təsir göstərəndə daha yaxşı oynayıram, emosional və aqressiv oluram.
 
- “Loko” fanatları haqda nə deyə bilərsən? 
- Bu komandaya gələndə klubun fanatlarına məətəl qalmışdım. Onlar mənim adımı oyun zamanı qışqırırdılar. Bizim oyunlarımıza gəldiklərinə və bizə dəstək olduqlarına görə, onlara çox minnətdaram. Komandanın onların dəstəyinə çox böyük ehtiyacı var. “Loko” fanatlarını çox istəyirəm. İmkanım olsaydı, fanatların hamısı ilə təklikdə söhbət edərdim.

Xəbər xətti