Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

20:03 - 8 Aprel 2015

Bildiriş göndərilib

 

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

 

Sportal.az  "Report" informasiya agentliyinə istinadən xəbər verir ki, tədbir aprelin 15-də Bakıdakı otellərdən birində təşkil olunacaq.
Hələlik toplantının məkanı və başlama saatı dəqiqləşməyib. Amma iclas barədə Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublara bildiriş göndərilib. Gündəliyə isə teleyayım, futbolçuların klublarla müqavilələri və digər məsələlər salınıb.

 

Qeyd edək ki, bu, Klublar Komitəsinin sayca 5-ci iclası olacaq. Komitə üzvləri sonuncu dəfə fevralın 13-də bir araya gəliblər.

Xəbər xətti