Ümit Özat daha bir futbolçunu "Elazığspor"dan kənarlaşdırdı

01:35 - 9 Aprel 2015

Cavid İmamverdiyevin ardınca Bilikayla da yollar ayrıldı   
 
Türkiyə PTT 1 liqasında mübarizə aparan “Elazığspor” klubunda islahatlar aparılır.
 
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Cavid İmamverdiyevə etimad göstərməyən baş məşqçi Ümit Özat daha bir futbolçunu komandadan kənarlaşdırıb.
 
Gənc mütəxəssis  “Fənərbaxça”da forma geyinmiş və 2012-ci ildən “Elazığspor”un şərəfini qoruyan Fabio Bilikayla yollarını ayırıb. Cari mövsüm  22 oyunda meydana çıxan braziliyalı müdafiəçi rəqib qapılarına 1 dəfə yol tapa bilib. 36 yaşlı təcrübəli futbiolçunun klubla mövsümün sonuna qədər müqaviləsi olmasına baxmayaraq Bilika anlaşmanı pozmağa üstünlük verib.     

Xəbər xətti